MÜƏLLİMLƏRİN MÜDDƏTLİ MÜQAVİLƏ İLƏ VAKANSİYA SEÇİMİ MƏRHƏLƏSİNƏ BAŞLANILIB

Avqustun 30-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə başlanılıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.