MOLDOVA PORTALI: AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ TARİXİN YENİ MƏRHƏLƏSİDİR

Moldovanın “Noi.md” xəbər portalında “Azərbaycanda parlament seçkiləri – tarixin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib.

Rumın və rus dillərində dərc edilən yazıda sentyabrın 1-də Azərbaycanda – azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisində ilk dəfə parlament seçkilərinin keçiriləcəyi qeyd edilib. Bildirilib ki, azərbaycanlılar üçün bu günün əhəmiyyəti böyükdür, çünki Qarabağ bölgəsindən məcburi köçkünlər 30 ildən sonra doğma yurdlarında səs verə biləcəklər.

Yazıda vurğulanır ki, parlament seçkiləri yeni tarixi mərhələyə çevriləcək və Qarabağ bölgəsində 40 mindən çox insan 55 seçki məntəqəsində səs verəcək.