BAKIDA AZƏRBAYCANIN VƏ QAZAXISTANIN HƏRBİ HÜQUQŞÜNASLARININ İŞGÜZAR GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycanın və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi edilib.

Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.