SERGEY LAVROV: QARABAĞDA MÜHARİBƏ BAŞA ÇATIB

Qarabağda müharibə başa çatıb. Siyasi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması üçün əsaslar yarandığına görə Ermənistanla Türkiyənin münasibətlərin normallaşması istiqamətində səyləri bərpa etmək məqsəduyğun olardı.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya bu məsələdə onları ən fəal şəkildə dəstəkləməyə hazırdır.