2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün IX siniflərdə dövlət dilində – Azərbaycan dilində 1 saat tədris olunacaq.