Türkiyənin cənub-şərqindəki Muğla vilayətində iki bölgədə meşə yanğınları başlayıb.
Yanğınlar Milas və Bodrum rayonlarında qeydə alınıb.
Yanğınların qarşısının alınması məqsədilə bir təyyarə, 5 helikopter və 20-yə yaxın texnika cəlb edilib.
Xatırladaq ki, iyulun sonu – avqustun əvvəllərində Muğla da daxil olmaqla, Türkiyənin bir neçə bölgəsində tüğyan etmiş yanğınlar nəticəsində 170 min hektardan çox ərazi yanmışdı.