AZƏRBAYCAN XİN İRANA BAŞSAĞLIĞI VERİB

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində qeyd edilib.

Paylaşımda bildirilib: “İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı, yaralılara tezliklə sağalmalarını diləyirik”.