BÖYÜK BRİTANİYA AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ MİNALARIN TƏMİZLƏNMƏSİNƏ 500 MİN FUNT STERLİNQ AYIRIB

Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında yazılıb.

Səfir Ceyms Şarp qeyd edib: “Mina və partlamamış sursatlar səbəbindən ölüm və yaralanma xəbərlərini eşitmək məni dəhşətə gətirib. Atəşkəsdən bəri 150-dən çox hərbçi və mülki şəxsin minaya düşməsi nəticəsində həlak olması və ya yaralanması faciədir”.