“MƏDƏNİYYƏT ORDUSU” YARADICILIQ MÜSABİQƏSİ BAŞA ÇATIB (FOTO/VİDEO)

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar.