Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.
Qanunla 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.