RƏCƏB TAYYİB ƏRDOĞAN ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN NORMALLAŞMASININ ŞƏRTİNİ AÇIQLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb.

Türkiyə dövlət başçısı bu barədə Bosniya və Herseqovinadan qayıdan zaman şəxsi təyyarəsində jurnalistlərə açıqlama verib.

Ankara ilə Yerevan arasındakı əlaqələr mövzusuna toxunan Rəcəb Tayyib Ərdoğan, birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməli olduğunu qeyd edib:

“Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində fəaliyyətə başlaya bilər”.