Qazaxıstanın cənubundakı Jambıl vilayətində hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində yazılıb.
Nazirlik bildirib: “Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralananlara şəfa diləyirik”.
Xatırladaq ki, ötən gün Jambıl vilayətində hərbi hissənin silah anbarında baş vermiş partlayışda 9 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb.