ABŞ ŞİRKƏTİ: AZƏRBAYCANIN COP29-A SƏDRLİYİ ORTA DƏHLİZİN UĞUR QAZANMASI ÜÇÜN İMKANLAR YARADIR

Rusiya neftinə tətbiq olunan sanksiyalar Azərbaycan üçün geniş imkanlar yaradıb.

Bu sözləri “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyadan tədarüklər dayandığı üçün diqqət Azərbaycana yönəldiləcək.

“Geosiyasi vəziyyət bizə “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəmərinin genişləndirilməsi imkanlarını göstərdi. Dünyada dəyişən geosiyasi vəziyyət BTC ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir. Orta Dəhlizin mərkəzi elementi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaratmaqla yanaşı, bu istiqamətdə yeni texnologiya və yolların araşdırılmasını ön plana çıxarır”, – deyə baş direktor vurğulayıb.