QAZAXISTANDA SİLAH ANBARINDAKI PARTLAYIŞLARIN NƏTİCƏLƏRİNİ ARADAN QALDIRARKƏN 4 HƏRBÇİ HƏLAK OLUB

Qazaxıstanın Cambıl vilayətindəki hərbi hissədəki silah-sursat anbarında baş verən yanğın və partlayışların nəticələrini aradan qaldırarkən 4 hərbçi həlak olub, 66 nəfər yaralanıb.

28 yaralı xəstəxanalara yerləşdirilib.

“Təəssüf ki, nəticələrin aradan qaldırılması zamanı 4 hərbçi həlak olub. Yanğın hazırda davam edir”, – deyə ölkənin müdafiə naziri Nurlan Yermekbayev bildirib.

Xatırladaq ki, Cambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın baş verib. Yanğın ardıcıl partlayışlarla davam edib.

Faktla əlaqədar silahla, habelə başqaları üçün təhlükə yaradan maddə və əşyalarla işləmə qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.