
Azərbaycan Avropanın “yaşıl” enerjiyə olan tələbatını Azərbaycanın Xəzər şelfində külək elektrik stansiyalarından Qara dəniz vasitəsilə Rumıniya və qonşu ölkələrə enerji tədarükü üzrə dəhliz layihəsi vasitəsilə operativ şəkildə cavablandırıb.
Bu barədə “WindEurope” şirkətinin baş icraçı direktoru Giles Dikson 29-cu Bakı Enerji Forumu çərçivəsində panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Avropa şirkətlərinin “yaşıl” enerjiyə tələbatı yüksəkdir.
“Aİ şirkətləri dekarbonizasiya məsələsini həll etmək, qazıntı yanacaqlarından tədricən imtina etmək və müəssisələri təmiz enerjiyə keçirmək istəyirlər. Lakin Aİ-də hazırda bunun üçün kifayət qədər BEM yoxdur. Bu səbəbdən də Aİ xüsusən də Azərbaycandan “yaşıl” enerji idxal etmək istəyir”, – Dikson deyib.