TÜRKİYƏDƏ TƏLİM TƏYYARƏSİ QƏZAYA UĞRAYIB, İKİ PİLOT HƏLAK OLUB

Türkiyənin Kayseri vilayətində ölkənin Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu həlak olub.

Hadisə ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

Məlumata əsasən, Türkiyənin 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim uçuşu üçün havaya qalxan təyyarə naməlum səbəbdən qəzaya uğrayıb.

Qəzanın səbəbləri araşdırılır.