
Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla karabakh@edu.gov.az ünvanına göndərə bilərlər.
Vakansiyalar üzrə iyunun 15-dək müraciət etmək olar. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.