PREZİDENTİN KÖMƏKÇİSİ SƏRHƏD DİVİ­Zİ­YASININ HƏRBİ HİSSƏ VƏ BÖLMƏLƏ­RİNƏ SƏFƏR EDİB

2020-ci ilin 18 sentyabr tarixində Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

DSX-dən bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və ya­şa­yış şərait­lə­rinə baxış ke­çirilib, Ermənistanla dövlət sər­hə­dindəki sərhəd-döyüş məntəqələrində xid­mət aparan sərhədçilərlə görüş olub.

Həmçinin, “Qazax” əlahiddə sərhəd divi­zi­yasında hərbi tikin­ti-quruculuq işlə­ri­nin gedişatı nəzərdən keçirilib, dövlət sər­hədində zə­ru­ri sərhəd mü­ha­fizə və mü­da­fiə infra­struk­tu­runun daha da güclən­di­ril­­məsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının yük­səl­dil­məsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.