ERMƏNİSTAN PARLAMENTİNDƏ NÖVBƏTİ DƏFƏ DAVA DÜŞÜB, İCLAS YARIMÇIQ DAYANDIRILIB

Ermənistan parlamentinin iclasında növbəti dəfə deputatlar arasında münaqişə baş verib.

Erməni KİV-lərinin məlumatına görə, dava hakim partiyanın deputatı Ayk Sarkisyanın çıxışı zamanı başlayıb.

Onun “pulla və ya zənglə insanları hərbi xidmətdən yayındıran bütün müdafiə nazirləri vətən xainidir” sözlərindən sonra müxalif deputatlar, xüsusilə də sabiq müdafiə naziri Seyran Ohanyanın tərəfdarları deputata butulka atmağa başlayıb.

İnsidentlə əlaqədar parlamentin iclasında fasilə elan edilib.

Xatırladaq ki, ötən gün də parlamentdə müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşmüşdü.