Bu gün UEFA Avropa Liqasında “Qarabağ”ın pley-off mərhələsində qarşılaşa biləcək potensial rəqibləri müəyyənləşəcək.
Belə ki, Bakı vaxtı ilə saat 16:00-da Avroliqanın pley-off mərhələsinin püşkatması keçiriləcək.
“Qarabağ” Çempionlar Liqasından bu turnirə gəldiyi üçün səbətdə Çempionlar yolunun püşkünü gözləyəcək. Komandamızın potensial rəqibləri də Çempionlar Liqasının I və II təsnifat mərhələlərində uduzmuş öz ölkələrinin çempionları olacaq. Ağdam klubu səpələnmişlər səbətində yer alacaq və nisbətən zəif rəqiblərlə düşəcək.”Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) cütü “Qarabağ”a püşkatma zamanı düşməyəcək. Səbəb Azərbaycan və Ermənistan təmsilçiləri arasında oyuna UEFA tərəfindən icazə verilməməsidir.
Qeyd edək ki, Avroliqanın III təsnifat mərhələsi sentyabrın 24-də və pley-off oktyabrın 1-də keçiriləcək.
“Qarabağ”ın səpələnməmişlər səbətindəki potensial rəqibləri
“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) cütünün qalibi
“Riqa” (Latviya)/”Tre Fiori” (San Marino) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Kuopio” (Finlandiya) – “Suduva” (Litva) cütünün qalibi
“Leqiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) – “Dinamo” (Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) – “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)