ZABRAT-PİRŞAĞI DƏMİR YOLU TUNELİNDƏ TİKİNTİ IŞLƏRİ NƏ YERDƏDİR?

Zabrat-Pirşağı dəmir yolu tunelində tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, bu günədək Abşeron Dairəvi dəmir yolu boyunca 10 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişməsi ləğv edilib:

“Həmin ərazilərdə yeraltı tunel tipli avtomobil keçidləri inşa olunub. Hazırda inşası davam etdirilən əlavə 2 tuneldən birində işlər yekunlaşmaq üzrədir. Digəri isə Zabrat-Pirşağı dəmir yolu tunelidir ki, burada tikinti zamanı 70-dən çox ağacın köçürülməsi zərurəti yaranmışdı. Yaxın vaxtlarda həmin ağacların mövsümi köçürülməsinə başlanılacaq. Onu da qeyd edək ki, Zabrat-Pirşağı dəmir yolu tunelində aparılan tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir. Ağaclar köçürüldükdən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək”.