AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 90 DOLLARI ÖTÜB

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,78 dollar və ya 2 faiz artaraq 90,68 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.