İMTAHANDA İSTİFADƏ OLUNMUŞ TEST TAPŞIRIQLARININ DÜZGÜN CAVABLARI DİM-İN SAYTINDA YERLƏŞDİRİLİB

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilmiş buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.