KÜLƏYƏ GÖRƏ BU YOLDA SÜRƏT HƏDDİ MÜVƏQQƏTİ ENDİRİLDİ

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.