TOVUZ İSTİQAMƏTİNDƏ KƏŞFİYYAT UÇUŞLARI HƏYATA KEÇİRMƏYƏ CƏHD GÖSTƏRƏN KVADROKOPTER ZƏRƏRSİZLƏŞDİRİLİB

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.