AZƏRBAYCAN VƏ TAİLAND ARASINDA MÜNASİBƏTLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində yazıb.

Tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də regional məsələləri müzakirə ediblər.