UEFA AVROPA LİQASI: “QARABAĞ” “BAYER”Ə QARŞI

Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab görüşünə çıxacaq.

Ağdam təmsilçisi Almaniyada “Bayer”in (Leverkuzen) qonağı olacaq.

“BayArena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.