AGENTLİK: TƏHSİL MÜƏSSİSƏSİNDƏ TƏXRİBAT TÖRƏDİLƏCƏYİ İLƏ BAĞLI MƏSƏLƏ AİDİYYƏTİ QURUMLARIN NƏZARƏTİNDƏDİR

Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ aidiyyəti qurumların nəzarətindədir: “Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”.