ANAMA: ÖTƏN AY 1941 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, fevral ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 437, tank əleyhinə 159 mina və 1941 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 4562.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.