
2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli söyləyib. O bildirib ki, Universitetin tədris binasının Bakıda olması planlaşdırılır.
“Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq mühəndislik, texniki-texnoloji sahələr üzrə ixtisaslar tədris olunacaq. Növbəti illərdən partnyorlar çoxaldıqca ixtisasların sayının artırılması planlaşdırılır.
Türkiyə tərəfi universitetə akademik dəstək, Azərbaycan tərəfi isə maliyyə dəstəyi göstərəcək. Tədris türk və ingilis dillərində aparılacaq”, – deyə nazir müşaviri bildirib.