RIFAT HİSARCIKLIOĞLU PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Türkiyə Palatalar və Birjalar Birliyinin və Türk Ticarət və Sənaye Palataları Birliyinin sədri Rıfat Hisarcıklıoğlu Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Cənab Prezidentim.

Fevralın 7-də prezident seçkilərinin Qarabağ da daxil olmaqla bütün Azərbaycan ərazisində uğurla keçirilməsi və yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi

Türkiyə Palatalar və Birjalar Birliyi və Türk Ticarət və Sənaye Palataları Birliyi adından təbrik edirəm.

Əminəm ki, Zati-alinizin yenidən Prezident seçilməsi təkcə ölkələrimizdə deyil, bütün türk dünyasında inkişaf, rifah, sülh, sabitlik və təhlükəsizlik üçün faydalı olacaqdır.

Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.