ANAMA PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ TƏLİMİ KEÇİRİB

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətin müraciəti əsasında, qurumun əməkdaşlarına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

Bu barədə ANAMA-dan məlumat verilib.

Təlimin məqsədi iştirakçılara təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələr, təhlükəli ərazilərin əlamətləri və bu istiqamətdə biliklərin artırılmasıdır.

Təlimdə iştirak edən nümayəndələrə müxtəlif maarifləndirici çap materialları, müvafiq sertifikat və təlim kitabçası təqdim olunub.