
Mərakeşin “sawtalmowatin.ma” portalında “Azərbaycan dünyada minalardan ən çox zərər çəkən on ölkə sırasındadır” sərlövhəli məqalə dərc edilib.
Yazı “Qarabağ həqiqətlərinin ərəbdilli mətbuatla təbliğatı” layihəsi çərçivəsində hazırlanıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihənin məqsədi Ermənistanın müharibə cinayətlərini və Azərbaycanın postmünaqişə dövrü problemlərini Yaxın Şərq ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Məqalənin müəllifi Əfqan Qafarlı minaların Azərbaycana işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri aparmağa mane olduğunu vurğulayıb.
Müəllif qeyd edib ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən indiyədək 304 azərbaycanlı minaya düşüb, onlardan 57-si həlak olub, 247-si xəsarət alıb. Həlak olan 57 nəfərin 44-ü mülki şəxslər, o cümlədən jurnalistlər və uşaqlar da var.
Jurnalist məqaləsində xatırladıb ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş 10 ölkə sırasındadır. “Minalar keçmiş məcburi köçkünlərin doğma ərazilərə qayıdışını ləngidir”, – deyə yazıda qeyd olunub.
