
“Inter Miami” futbol klubu heyətinə qatdığı argentinalı hücumçu Lionel Messini təqdim edib.
Güclü yağışa baxmayaraq 20 min azarkeş səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messini Mayami şəhər stadionunda hərarətlə qarşılayıb. Təqdimat mərasimində argentinalını klubun qurucularından biri, İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem müşayiət edib.
Məşhur argentinalı futbolçu 2025-ci il mövsümü başa çatanadək “Inter Miami” klubunun şərəfini qoruyacaq. İyulun 21-də klubun heyətində debüt edəcəyi gözlənilən hücumçu meydançaya 10 nömrə ilə çıxacaq.
Qeyd edək ki, Birləşmiş Ştatların və Kanadanın Yüksək Futbol Liqasının Şərq Konfransı Divizionunda çıxış edən “Inter Miami” hazırda turnir cədvəlinin sonuncu, 15-ci pilləsində yer alır.
