ALİMLƏR HİPERAKTİVLİYİN MÜALİCƏSİNDƏ QƏHVƏNİN FAYDALI OLDUĞUNU MÜƏYYƏN EDİBLƏR

Alimlər hiperaktivliyin müalicəsində qəhvənin faydalı olduğunu müəyyən ediblər.

Xarici media xəbər verir ki, ABŞ alimləri bunu təcrübə etmək üçün 11 uşaq seçərək onlara dərman əvəzinə hər səhər və günorta yeməyində bir fincan qəhvə veriblər. Təcrübə nəticəsində məlum olub ki, seçilmiş uşaqlar dərman preparatlarından istifadə etdikləri müddətə nisbətən daha az hiperaktivlik nümayiş etdiriblər.

Diqqət əskikliyi və hiperaktivlik milyonlarla uşağa təsir göstərir. Daha çox istifadə edilən müalicə metodu, əsasən, terapiya və stimullaşdırcı həblərdir. Diqqət əskikliyi olan insanlarda bu həblər dopamin səviyyəsini yüksəldir, beyində impulsların idarə olunmasını nəzarət altına alır və fokuslanma mexanizmini asanlaşdırır.

Kofeinin həblərdən əsas üstünlüyü dərman tərkibli olmamasıdır. Kofein də diqqət əskikliyinə müsbət təsir göstərir, hiperaktivliyin müalicəsində effektiv hesab edilir. Lakin pediatrlar qəhvənin uşaqlara yuxudan öncə verilməsini tövsiyə etmirlər.