YAĞIŞLA ƏLAQƏDAR METRODA QATARLARIN DEPODAN XƏTTƏ ÇIXARILMASI İLƏ BAĞLI PROBLEM YAŞANMAYIB

Bakı Metropolitenində qısamüddətli güclü yağışla əlaqədar əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb. Bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunan və açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub.

Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb.

Gün ərzində nəzarət davam etdiriləcək.