YAĞIŞLI HAVA BAKIDA BİR NEÇƏ KÜÇƏ VƏ PROSPEKTDƏ İŞIQFORLARIN İŞİNDƏ PROBLEM YARADIB

Yağışlı hava Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaradıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir”, – məlumatda qeyd olunub.