DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ TOEFL İBT İMTAHANI KEÇİRİLİB

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

DİM-dən bildirilib ki, imtahanda 15 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının iyulun 22-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.