
İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.
Bunu “Təhsil masası”nda Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib. O qeyd edib ki, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.