
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında Gənc İfaçıların IV Respublika Müsabiqəsi təşkil edilib.
Mədəniyyət, Elm və Təhsil nazirlikləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurla iştirak ediblər.
Münsiflər heyətinin qərarı ilə məktəbin fortepiano ixtisası üzrə şagirdi Amira Məcidova müsabiqədə III yerə, Seyfəddin Həsənli diploma layiq görülüblər.
Müsabiqənin nəticələrinə əsasən, musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Ayan İsrailova, həmçinin Zeynəb Əsədova uğurla çıxış edərək laureat adını qazanıblar.
Eyni zamanda musiqi məktəbinin şagirdləri Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və Jam Groupun təşkilatçılığı ilə keçirilən “Arts Olimpia” adlı incəsənət olimpiadasında iştirak ediblər.


