ZORAN MİLANOVİÇ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, vətəndaşlarınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq”.