ZİREHLİ TANK XİDMƏTİ RƏİSLƏRİ İLƏ TOPLANTI KEÇİRİLİB

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.

Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.