ZELENSKİ PREZİDENT İLHAM ƏLİYEVİ UKRAYNAYA SƏFƏRƏ DƏVƏT EDİB

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Bu barədə V. Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə görüşü zamanı bildirib.

“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu il dönümü bütün il ərzində qeyd olunur – avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, – deyə V. Zelenski qeyd edib.