ZELENSKİ BSU-NUN ƏMƏKDAŞINI MEDALLA TƏLTİF EDİB

BSU-nun əməkdaşı Lesya Kərimova Ukrayna Prezidenti tərəfindən medalla təltif edilib.

Bu barədə Bakı Slavyan Universitetindən məlumat verilib.

Bildirilib ki, Bakı Slavyan Universitetinin əməkdaşı, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Kərimova Lesya Aleksandrovna Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə, 14 yanvar 2022-ci ilin tarixində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.