
Qarabağda biznesə verilən kreditlərə 90 faiz həcmdə dövlət zəmanəti veriləcək.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Qarabağ iqtisadi zonasında sahibkarlığa veriləcək kreditlərə dövlət tərəfindən risklərin 90 faizi həcmində zəmanətin verilməsinə qərar verilib: “Artıq biz əminliklə deyə bilərik ki, Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydaların bütün digər sahələrdə olduğu kimi maliyyə sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq”.