ZAKİR HƏSƏNOV TÜRKİYƏNİN BAŞ QƏRARGAH RƏİSİ İLƏ GÖRÜŞÜB

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)