ZAKİR HƏSƏNOV MİSİRLİ HƏMKARI İLƏ GÖRÜŞÜB

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Zakir Həsənov misirli həmkarı ilə görüşüb

Zakir Həsənov misirli həmkarı ilə görüşüb

Zakir Həsənov misirli həmkarı ilə görüşüb