ZAKİR HƏSƏNOV MDB MÜDAFİƏ NAZİRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASINDA İŞTİRAK EDİB

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.