ZAKİR HƏSƏNOV ANKARADA TÜRKİYƏLİ HƏMKARI İLƏ GÖRÜŞÜB

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri arasında da görüş baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.