ZABUX KƏNDİNİN SEÇİCİLƏRİNİN SƏSVERMƏDƏ İŞTİRAKI ÜÇÜN LAZIMİ ŞƏRAİT YARADILIB

121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsi bütün ləvazimatlarla təchiz edilib.

Secki-2024.az xəbər verir ki, burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.

Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub.

Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.